Samsung Smart TV

NOD Magazine birinci sayında dərc olunmuş məqalənin xülasəsini təqdim edirik. Analiz-məqalənin tam versiyasını oxumaq üçün jurnalımızın birinci sayını oxuya bilərsiniz.

Son illər Samsung şirkəti özünün qeyri-adi dizayna malik ən nazik LED Smart TV televizorları ilə bazarda liderlərdən biridir. Məhz Samsung indi rəqiblərinin də tətbiq etdiyi ultranazik və yarımşəffaf çərçivəli ekran kənarı dizaynını dəbə mindirdi. Yeni modellər də bu tendensiyanı davam etdirir.

Haqqında danışacağımız Samsung ES8000 modelidir. Son istehsal olunan ES8000 Samsung Smart TV modellərinin adəti olaraq yalnız internet proqramlarını (məsələn, veb brazuer) deyil, həmçinin Smart İnteraction sistemini dəstəkləyir. Bu səsli idarə üz və bədən hərəkətlərini tanıma sistemi olub artıq adət halına gəlmiş və köhnəlmiş uzaqdan idarə sistemini əvəz edir. Əvvəlki modellərdən fərqli olaraq, bu model X-ə bənzər yox, U-ya bənzər altlığa malikdir.

Samsung ES8000-nin əsas xüsusiyyətləri
• Ekranın diaqonallığı: 40, 46, 55, 60, 65 və 75 düym
• Ultranazik dizayn
• Panel işıqlanması Edge LED
• Örtük: Ultra Clear Panel
• Hərəkətin ötürülməsi texnologiyası 800Hz Clear Motion Rate
• İşıq ötürücülüyü Wide Color Enhancer
• Wi-Fi
• Micro Dimming Ultimate texnologiyası
• AllShare Play funksiyası
• AnyNet+ funksiyası (HDMI qurğularının bir pultdan idarə olunması)
• Mobil avadanlığın birbaşa televizora qoşulması üçün Mobile High-Definition Link (MHL) texnologiyasının dəstəklənməsi
• Smart TV interaktiv xidmətləri
• İkinüvəli prosessor, çox funksiyalılığın dəstəklənməsi
• Yenilənə bilən proqram-aparat platforması
• Səsli idarəetmə
• Bədən hərəkətləri və simaların tanınması

Daha ətraflı

Yeni panel parlaqdır və əks etdirmə bacarığı güclüdür. Söndürülmüş vəziyyətdə televizor sizə tam güzgünü belə əvəz edə bilər. Ona görə də onun qurulacağı yeri diqqətlə seçin, çalışın işıq mənbələrinin verə biləcəyi əks etdirmədən qaçasınız. ES8000-nin DVB T2 modelləri əlavə avadanlıq almadan rəqəmsal televiziyaya baxmağa imkan verir. Smart TV AVI, WMV, MP4, MOV, 3GP və HD video üçün MKV və digər video formatları dəstəkləyir.

Smart Tv iki pultludur: klassik və sensor. Sensor pult daha rahat və kompaktdır. Klassik pult artıq hamının istifadə edə biləcəyi olmasına baxmayaraq üzərində olan çoxsaylı düymələr adamı çaşdıra bilir. Ona görə də Samsung sistemə alterternativ yollar daxil edib.

Smart TV-nin alternativ idarətmə üsulları: Samsung Interaction

Samsung ES8000 Smart İnteraction adlı sistemə malikdir. Bu sistem ənənəvi düymə pultlardan fərqli olaraq sizin səsiniz və bədən hərəkətlərinizi tanımaq qabiliyyətinə malikdir. Bunun üçün televizorun yuxarı hissəsində kamera və 2 mikrofon yerləşdirilib.

Smart Hub

Aydın məsələdir ki, alıcı və istifadəçiləri Samsungun adi menyusu deyil, Smart Hub menyusu maraqlandırır. Hamının bildiyi kimi, Smart TV yalnız veriliş və filmlərə baxmaq üçün deyil, həm də internetdən istifadə üçündür: sosial şəbəkələr, YouTube və həmçinin Skype vasitəsilə video iclasların aparılması.

Smart Hub sistemi isə bunları bir araya toplayır. İki nüvəli platforma sayəsində siz bir neçə proqramdan eyni vaxtda istifadə edə bilərsiniz, belə ki, istədiyiniz filmə və oyuna baxdığınız zaman sosial şəbəkədə gəzə və rəy bildirə bilərsiniz. Veb brauzerin sürəti kifayət qədər yaxşıdır, həmçinin brauzer Flash və HTML 5-i dəstəklədiyindən istənilən “ağırlıqda” səhifəni izləməyə imkan verir. iOS və Android əməliyyat sistemini dəstəkləyən smartfon sahibləri üçün sevindirici xəbər isə onların telefon vasitəsilə televizoru idarə etməsi olacaq.