SAMSUNG SMART QOL SAATLARI İSTEHSAL EDƏCƏYİNİ TƏSDİQLƏDİ!

Son zamanlarda tez-tez adını eşitməyə başladığımız ağıllı(smart) qol saatlar vaxt keçdikcə firmaların məhsulları arasına qatılmağa başlayır.Bu zincirə qoşulan son halqa isə Samsung oldu.

Samsung Mobile-ın prezident köməkçisi Lee Young Hee Blomberg’ə verdiyi açıqlamasında Samsungun smart qol saatı istehsal edəcəyini təsdiqlədi.Söhbəti gedən saat haqqında məlumat verməyən Lee Young Hee şirkətin hər sahədə Apple ilə rəqabət apara biləcəyini bir daha  vurğuladı.Bildiyimiz kimi Apple-da iWhatch adı ilə smart qol saatları istehsal edəcəyini açıqlamışdı.Xeyli vaxtdir ki, Samsungun smart qol saatları üzərində çalışdığı hər kəsə məlum idi.Bu mövzu ilə bağlı xeyli dedi-qodu da ortaya çıxmışdı.Firmanın prezident köməkçisi verdiyi açıqlama ilə dedi-qodulara son qoymuş oldu.Saatın “Galaxy Altius” adı ilə bazara çıxarılacağı gözlənilir.Lee Young Hee bu saatla bağlı başqa bir məlumat verməyib.