Samsung Galaxy 8 Exynos çipi elan edərkən səhvliklə

Samsung “səhvən” yeni Galaxy 8 modelini mediaya sızdırdı

Bildiyiniz kimi yeni Samsung Galaxy 8 və Samsung Galaxy 8 Plus modellərinin rəsmi olaraq tanıdılması və satışa çıxarılmasına çox az qalıb. Gündəmdə bir sıra mənbələrdə yeni Galaxy 8 modellərinin sızdırılmış şəkilləri, gizli mənbələrdən əldə olunmuş informasiyalara əsasan yeni modellərin texniki xüsusiyyətləri və parametrləri barədə məlumatlarla rastlaşırıq. Bu sızmalara hətta Samsung özü də “qurban” oldu.

Samsung şirkəti rəsmi Twitter hesabından yeni Exynos çiplərini tanıtmaq məqsədilə yeni Galaxy 8 və Galaxy 8 Plus modellərində istifadə olunan Exyson 8895 çipsetilə bağlı tvit paylaşıb. Maraqlısı odur ki, tvitdə istifadə olunan smartfon ən son buraxılış Galaxy 8 modellərinin heç birinə bənzəmir. Bu isə mediada “səhvliklə” yeni modelin şəklinin istifadə olunduğuna dair müzakirələrə yol açıb.

Bir çox suallara səssiz qalan Samsung şirkətinin bu addımı bilərək atdığı ehtimal olunur. Uğurlu marketinq addımı sayıla biləcək bu hərəkətlə rezonans doğuran yeni modelin bundan sonra daha da maraqla gözlənildiyini demək olar.

Şəkildə göründüyü qədərilə yeni Galaxy 8 modelinin tam ekranı daha da genişləndirilib.