Samsung Galaxy S3

2012-ci ilin 2-ci rübünün sonlarına doğru Samsung maraqla gözlənilən 3-cü nəsil Galaxy S3 modelini bazara təqdim etməsiylə birlikdə xeyli ajiotaj yarandı. Ən böyük rəqibi Apple iPhone 4s modelindən daha böyük ekran ilə qarşımıza çıxmasıyla yanaşı daha yüngül olması diqqət çəkən ilk xüsusiyyətlərindən biridir. iPhone-un 3.5 düym ekranına qarşılıq; Galaxy S3 4.8 düym ekrana sahibdir.

Samsung Galaxy S3 təqdimatından sonra 9 milyon ədəd əvvəlcədən sifariş almışdır. Bu rəqəm isə Galaxy S3-ü dünyanın ən çox əvvəlcədən sifariş alan mobil telefonu halına gətirir. Samsung rəsmiləri S3-ün çıxışının 2-ci ay sonuna doğru da satış rəqəmlərinin 10 milyondan çox olduğunu söylədi. Bu satışlara görə də hər gün 190.000 ədəd S3 modeli satılır. Qeyd edək ki, seriyanın bir əvvəlki modeli olan Galaxy S2 10 milyonluq satış rəqəminə 5 ay içərisində çatmışdı.

Samsung gərək telefonun çıxışından əvvəl, gərəksə çıxdıqdan sonra etdiyi reklamlarda  Galaxy S3-ün texniki xüsusiyyətlərindən bəhs etmək yerinə istifadəçilərə təmin edəcəyi faydaları ön plana çıxarmağa çalışır.

Cihaz dörd nüvəli 1.4 Ghz Exynos 4212 prosessora sahibdir. Bu da bu zamana qədərki ən güclü mobil prosessor deyə bilinən Tegra 3-dən 20% daha performanslıdır.

Samsung Galaxy S3 8 meqapiksellik kameraya malikdir.

Samsung Galaxy S3 16 GB-lik daxili yaddaşının yanında 64 GB-a qədər də microSD kart dəstəyi təqdim edir. Cihazımız 2100 mAh batareyaya sahibdir.