Samsung S vs HTC Desire V

Android Duos Mobil Telefonları

Modern mobil telefon istifadəçisi  gündəlik tələblərini yerinə yetirəcək ən son model telefonlardan istifadə etməklə bərabər bir çox hallarda danışıq büdcəsini aşağı tutmaq üçün 2 fərqli mobil operator xidmətindən də faydalanmaqdadır. Ölkəmizdə adətən daha çox istifadə olunan bu mexanizm adətən istifadəçidən ya 2 mobil telefondan və ya Duos telefondan istifadəni tələb etməkdədir. Bu iki fərqli məqama ayrı ayrılıqda toxunsaq görərik ki, hər zaman iki telefon gəzdirmək heç də rahat proses deyil və istifadəçi əksər hallarda mobil telefonlardan birini cibində, o birini isə əlində gəzdirmək məcburiyyətində qalır. Duos-lara gəldikdə isə bu kategoriya mobil telefonların çoxunluğu köhnəlmiş əməliyyat sistemlərindən üzərinə qurulmuşdur, lakin istisnalar da mövcuddur ki, onların sırasına Samsung S Duos HTC Desire V-ni aid etmək olar.


Hər iki telefon texniki göstəricilərinə görə  Single core, 1000 MHz, ARM Cortex-A5 prosessoru, Qualcomm MSM7227A sistem chipi, 4 inch 480×800 pixellik ekran, Android İce Cream Sandwich əməliyyat sistemi, 5 megapixel arxa kamera, 4 GB ROM daxili və micro SD kart vasitəsiylə artırıla bilən xarici yaddaş ilə təchiz olunub. Bütün sıraladığımız oxşarlıqlara baxmayaraq Samsung daha güclü sistem yaddaşına – 768 MB RAM ( HTC –  512 MB RAM ) və ən əsası əlavə olaraq 0.3 Megapiksel VGA ön kamera ilə təchiz olunması video zəng və digər internət üzərində görüntülü danışma imkanı verən programlardan istifadəni mümkün edir.

Samsung S Duos telefonu qiymət baxımında HTC Desire V – dən daha ucuz olması sözsüz ki mobil telefon bazarında qabaqcıl texnologiyalarla təchiz olunmuş Duos telefon axtaran auditoriyanın 1 nömrəli seçimi olaraq qalmaqdadır.