Samsung Muse artıq satışda

Samsung Galaxy sinfinə aid  Galaxy S3 və Galaxy Note 2 kimi mobil cihazlar bazara çıxışı anından çox sürətli bir şəkildə satılmaqdadır. Smartfonlarda musiqiyə qulaq asmağı sevənlərə Samsung şirkəti gözəl bir sürpriz hazırlayıb.

Samsung Muse kompakt MP3-pleyeri Muse Sync tətbiqetməsinin köməyi vasitəsiylə Galaxy mobil cihazları ilə sinxronizasiya edə bilir. Proqram Google Play onlayn mağazasında yüklənmə üçün açıqdır. Sinxronizasiya bitdikdən sonra pleyer istifadəyə hazırdır. İndi qaçışa yollanarkən, telefonu özünüzlə götürmək məcburiyyətində deyilsiniz.

Audio faylların saxlanması üçün 4 Gb yaddaş sizin ixtiyarınızdadır və 6 saat dayanmadan musiqiyə qulaq asa bilərsiniz. Bu gözəl cihaz əldə etmək üçün 60 dollarınızdan keçməli olacaqsınız. iPod fonunda Muse daha cəlbedici görsənir.