Samsung ilin ən yaxşı yarısını geridə qoydu!

Dünyanın texnologiya nəhənglərindən olan Samsung-un bu günlərdə 2016-cı ilin ikinci yarısının maliyyə hesabatları açıqlanıb.

Nəticələrə görə maliyyə cəhətdən Samsung 2014-cü ildən sonra ən yaxşı yarı gəlir rəqəmləri ilə diqqət çəkir. Bir çox mənbələr Samsung-un Galaxy S7 satışından gözləniləndən də yüksək satış qrafikası əldə etdiyi və ilin üçücü və dördüncü yarılarında da mövcud uğuru qoruyub saxlaya biləcəyini qeyd edib.

Hələlik Samsung-un Galaxy S7 modeli ilə LG G5, Huawei P9, iPhone 6, iPhone 6S Plus modelləri arasındakı rəqabətdə qalib gəldiyini demək olar.

Sonda Reuters agentliyinin Samsung-un aprel-iyun aylarında ümumi satışlardan 3,3 milyard dollar gəlir əldə etdiyi bildirdiyini qeyd edək.