Samsung Galaxy S4-ü CES 2013-də təqdim etməyəcək

Bir neçə gün öncə Samsungun tizer roliki yayılmağa başladı. Video cənubi koreya nəhənginin yanvar ayının 8-11 tarixlərində keçiriləcək CES 2013 sərgisində nə isə “qeyri adi bir şey” nümayiş etdirəcəyinə ehyam edir. Bəzi bloqqerlər bu reklamı Samsung Galaxy S4-ün rəsmi təqdimatı ilə əlaqələndirirlər, amma əslində bu belə deyil.

CNET mətbu nəşri müəyyən etmişdir ki, hamının səbirsizliklə gözlədiyi Android-smartfon yanvar ayında olacaq elektronika sərgisində iştirak etməyəcək. Bununla yanaşı orada Samsungun hər hansı inqilabi bir məhsulu da olmayacaq. Bunun əvəzinə şirkət ayrıca tədbir keçirtmək və orada bir neçə mobil cihazını göstərmək istəyir. Təqdimat CES 2013 sərgisindən sonra baş tutacaq.

Şayələrə görə Samsung Galaxy S4 mart ayında debüt edəcək. Smartfonun 5 düymlü müdafiəli 1080p-displeyə, güclü 4 nüvəli prosessora və 13 milyon pikselli kameraya sahib olacağı gözlənilir.