Samsung Galaxy Xcover 2 smartfonunu təqdim edib

Samsung şirkəti MWC 2013 sərgisini gözləməyərək rəsmi olaraq müdafiəli Galaxy Xcover 2 smartfonunu təqdim edib. Gözlənildiyi kimi yeni cihaz IP67 standartlarının tələblərinə uyğun olaraq tozdan, çirklənmədən, sudan qorunur.

Galaxy Xcover 2 smartfonunun əsasında 1,0 GHz tezlikdə işləyən 2 nüvəli prosessor yatır. Ekranın diaqonalı 4 düym, genişliyi- 480 x 800 px təşkil edir. Operativ yaddaşın həcmi 1 Gb, flash tipli əlavə yaddaş kartı 4 Gb-dır. Göstəricilərin siyahısında həmçinin Wi-Fi 802.11 b/g/n,  Bluetooth 4.0, GPS peyk naviqasiya qəbuledicisi kimi simsiz rabitə modulları, microSD yaddaş kartı(32 Gb-a qədər) yuvası və USB 2.0 portu da göstərilir.

Həmçinin, 5 Mpix çəkilişə sahib yan kameranı və video çəkilişlər üçün ön VGA kameranı qeyd etmək lazımdır. Samsung Galaxy Xcover 2 smartfonunun ölçüləri-130 x 67,7 mm, çəkisi isə 149 qramdır.

Batareya həcmi 1700 mAh, idarəetmə sistemi isə Android 4.1 (Jelly Bean) əməliyyat sistemi üzərində qurulub.