Samsung LTE dəstəkləyən Galaxy Tab 3 Plus planşetini hazırlayır

Androidauthority.com portalı internetdə Samsung şirkətinin yeni planşetini aşkara çıxarıb. Yeni cihazların sertifikatlaşma keçdiyi Bluetooth SIG portalında LTE dəstəkləyən Galaxy Tab 3 Plus adı gözə dəyib.

Cihaz 2560 x 1600 pix genişlikli 10-düymlu ekran və 1,7 GHrz tezlikli 2 nüvəli Exynos 5 Dual prosessora sahib olacaq.
Galaxy-Tab-Plus-LTE-GT-P8220

Bluetooth SIG portalından alınan məlumata inansaq yeni cihaz bir neçə variantda təklif olunacaq. Galaxy Tab 3 Plus GT-P8200 modeli LTE dəstəkləməsə də, GT-P8220 modeli LTE dəstəkli olacaq.

Mənbə hesab edir ki, bu yenilik birbaşa Google Nexus 10 cihazının rəqibi olacaq.

Samsung tərəfindən hələ ki, bu planşet haqqında, onun Galaxy S IV-lə birgə 14 mart tarixində Nyu-Yorkda keçiriləcək Unpacked tədbiri çərçivəsində təqdim olunub olunmayacağı haqqında heç bir rəsmi bir məlumat verilməyib.