Samsung Galaxy Tab 3 planşetləri

Samsung Galaxy Tab 2 planşetinin buraxılışı anından demək olar bir il keçib. Bəzi mənbələrin məlumatına görə cənubi koreya şirkəti tezliklə modellərini yeniləməyə hazırlaşır. Güman edilir ki, yeni planşetlərin anons edilməsi üçün WMC 2013 sərgisi seçiləcək.

Yeni xətt Galaxy Tab 3 adını daşıyacaq (kodlu adı Santos). Bu xəttə həm 7, həm də 10,1 düymlu modifikasiyalar daxil olacaq. Hal hazırda ekranın genişliyi və tipi, prosessor modeli sirr olaraq qalmaqdadır. O məlumdur ki, hər iki model 5Mpx kamera ilə təchiz ediləcək. Samsung Galaxy Tab 3 7.0 и Samsung Galaxy Tab 3 10.1 planşetlərinin Wi-Fi- və 3G modifikasiyaları satışa çıxarılacaq:

– GT-P3200 (3G-versiya Galaxy Tab 3 7.0);
– GT-P3210 (Wi-Fi-versiya Galaxy Tab 3 7.0);
– GT-P5200 (3G-versiya Galaxy Tab 3 10.1);
– GT-P5210 (Wi-Fi-versiya Galaxy Tab 3 10.1).

Samsung Galaxy Tab 3 7.0 və Samsung Galaxy Tab 3 10.1 planşetləri satışa 2013-cü ilin birinci yarım illiyində premium seqment üçün yeni bir modellə birlikdə çıxacaq. Roma kodu adı altında çıxacaq yeni cihaz 16 və 32 Gb əlavə flash tipli yaddaşa və 5 Mp kameraya sahib olacaq. Təssüflər olsun hal hazırda Samsung Roma və Galaxy Tab 3 xətti planşetlərləri haqqında digər məlumatlar yoxdur.