Samsung Galaxy Tab 3-ü tanıtdı

Samsung Galaxy Tab 3-ü tanıtdı
Bir neçə gün bunda əvvəl Samsung Galaxy Tab 3-ü öz istifadəçilərə təqdim etdi.
Yeni tabletin xüsusiyyətləri sırasında 1.2GHz dual-core prosessor, 1024×600-lük əksetdirmə qabiliyyəti olan 7 düymlük ekran, Android 4.1 Jelly Bean əməliyyat sistemi aiddir. Bununla yanaşı, yeni tablet 3 megapiksellik arxa kameraya və 1.3 megapiksellik ön kameraya malikdir. Samsung Galaxy Tablet 3-də 3G+Wi-Fi bağlantısı da mövcuddur ki, bunun vasitəsilə asanlıqla istədiyiniz sosial şəbəkə və saytlara daxil ola, o cümlədən internet vasitəsilə lazımi əməliyyatları yerinə yetirə bilərsiniz.
Yeni tablet 4.000 mAh bateraya gücünə malikdir. Sələfi Galaxy Tab 2-dən o qədər də fərqlənməyən Galaxy Tab 3-ün ümümi dizayn etibarilə bir-birinə çox bənzəyirlər. Lakin əsas fərqlər ondan ibarətdir ki, yeni nümayəndədə 1.3 megapiksellik ön kamera və prosessordadır.
Bununla yanaşı, Samsung şirkəti 8 düymlük ekrana və daha üstün əksetdirmə qabiliyyətinə malik tablet buraxmağı planlaşdırır, ancaq bu versiya hələ təsdiq olunmayıb.
Onu da qeyd edək ki, Samsung Galaxy Tab 3 bu ay dünya satış bazarlarına təqdim olunacaq.