Samsung Galaxy Tab 3 planşetinin ilk şəkilləri yayılıb

Barselonada keçiriləcək Mobile World Congress 2013 sərgisinə bir aydan da az vaxt qalıb. Phonearena portalının əməkdaşlarının sayəsində isə biz artıq Samsung şirkətinin Galaxy Tab 3 planşetinin ilk şəkillərini sizə göstəririk.

Təəssüflər olsun ki, şəkillərdə cihazların texniki göstəriciləri haqqında heç bir məlumat verilmir. Son şayələrə görə Samsung Galaxy Tab 3-ü 3 və 10 düymlu olmaqla iki variantda buraxmağa hazırlaşır.
Samsung-Galaxy-Tab-31

Yalnız əminliklə demək olar ki, cihaz Android Jelly Bean əməliyyat sistemində olacaq. Digər məlumatlar hələ ki yoxdur.