Samsung Galaxy S IV smartfonunun ilk video tizerini göstərib

Samsung Electronics öz flaqman smartfonu Galaxy S IV-ün 14 mart tarixində Nyu-Yorkda keçiriləcək Samsung Unpacked tədbiri çərçivəsində təqdimatına hazırlaşır. Cənubi Koreya şirkəti smartfonun ilk video tizerini təqdim edib.

Reklam roliki bizi Ceremi Maxvel adlı gizli menecerlə tanış edir. Şirkət rəhbərliyi ona üzərində Unpacked yazılmış qutunu qorumağı tapşırır. Qutunun ağzını açdıqda orada olan obyekti görür, tamaşaçılar isə işıq parıltısı görürlər. Balaca agent yeniliklə tanış olduqdan sonra onu evə götürür.

Təəssüflər video rolik smartfon haqqında göstəriciləri açıqlamır. Tizer reklamdan bundan artıq gözləmək olmazdı. Ümid edək ki, növbəti tizerdə Galaxy S IV’ün necə olacağı haqqında Samsung bir qədər məlumat verəcək. Yeni videonu səbirsizliklə gözləyirik.