Samsung Galaxy S4 Zoom

Istifadəçinin ehtiyacına əsasən həm rəqəmsal kamera, həm də ağıllı telefon funksiyasına sahib olan Samsung Galaxy S4 Zoom-un ilk videosu böyük marağa səbəb oldu.

İyun ayının 13-də Kompakt foto kamera ilə ağıllı telefon qarışığının rəsmi təqdimatının həyata keçirildiyi tədbirdə Galaxy S4 Zoom-un ilk tanıtım videosu da yayımlandı. Galaxy S4 Mini modelində də istfadə olunan 4.3 inç böyüklüyündəki super AMOLED gHD ekran, 10x yaxınlaşdırma xidməti təklif edən 16 MP kamera və MicroSD kart dəstəyi ilə  bir araya gətirilmişdir.

Ağıllı foto kamera, yaxud, rəqəmsal ağıllı telefon adlandırılan Galaxy S4 Zoom-un performansı da kifayət qədər güclüdür, 4 nüvəli prosessor, 1.5 GB Ram, 8 GB daxili yaddaşa sahib olan model Android 4.2.2 versiyası ilə istifadə olunacaq.

Günlük istifadə üçün təkmilləşdirilən model bir az qalın olsa da, şəkil həvəskarlarının buna o qədər də əhəmiyyət verməyəcəyi gözlənilir. Samsung tərəfindən hazırlanan videoda Zoom-un qabiliyyətləri və texniki özəlliklərinə yer ayrılıb.

10x Optik Zoom xüsusiyyəti üçün həddindən çox çalışdıqlarını bildirən Samsung görüntü stabilləşdirmə, titrəmənin qarşısını almaq, məkan seçimləri və filtrllər mövzusunda da olduqca uğurlu bir nəticə əldə etdiklərindən bəhs edir.

20 iyunda Londonda təşkil olunacaq tədbirdə satışına başlanılacaq S4 Zoom Galaxy Kameranın daha ağıllı və telefon xüsusiyyətli versiyası olacağı düşünülür.