Samsung Galaxy ailəsinin yeni üzvü – S4

Samsungun yeni smartfonu Samsung Galaxy S4 bu yaxınlarda istifadiçələrə təqdim olunacaq. Biz bu yeni mobil telefondan nə gözləyirik və bu telefon Samsung Galaxy S3-dən daha da cəlbedici ola biləcəkmi? PC pro iddia edir ki, özünün yeni və fantastik xarakteristikasıyla (Full HD, 5 inçlik və 1920×1080 piksellik ekranı2GB daxili yaddaşı) bu telefon  dünyanın ən öndəgedən telefonlarından biri olacaqdır. Bildiyimiz kimi Samsung Galaxy S3-ün enerji saxlama qabiliyyəti digər mobil telefonlara nisbətən daha uzunmüddətlidi. İstehsalçılar qeyd edirlərki Samsung Galaxy S4-ün də enerji saxalama qabiliyyəti ən azı Samsung Galaxy S3-dəki kimi olacaqdır.

Samsung umid edir ki, bu yeni smartfon Apple qarşısında tutarlı bir cavab olacaq və istehsalda olan iPhone 6 ilə birlikdə dünya mobil bazarında liderlik etməyə davam edəcəkdir.