Samsung Galaxy S3 yoxsa Apple iPhone 4S?

Fikrimcə, son zamanlar Samsung və Apple arasinda gedən rəqabətdən ən çox xeyir görən istifadəçilərdir. Belə ki, hər iki mobil texnologiya nəhəngi qiymətlərini mümkün qədər aşağı tutmağa və məhsullarının texniki imkanlarını artırmağa səy göstərməkdədir. Samsung Galaxy S3 telefonunu rəsmi olaraq tanıtdıqdan sonra “Galaxy S3 yoxsa iPhone 4S?” sualı bir çoxlarını maraqlandırmağa başladı. Hazırladığımız cədvəldə bu müqayisəni görə bilərsiniz.

Özəllikləri

Samsung S3

iPhone 4S

Əməliyyat sistemi

Android 4.0.4 İCS

iOS 5

Prosessor

1.4 GHz 4 nüvəli kortex-A9

1 GHz 2 nüvəli Kortex-A9

Çipset

Exynos 4212 Quad

Apple A5

RAM

1 GB

1 GB

Yaddaş

16/32/64 GB daxili

16/32/64 GB daxili

microSD dəstəyi

64 GB-a qədər

yoxdur

Ekran

4.8 – inç / 720×1280

3.5-inç / 960×640

Ekran texnologyası

Super AMOLED HD

IPS LCD

Arxa kamera

8 MP, Autofocus LED flaş

8 MP, Autofocus LED flaş

Qabaq kamera

1.9 MP

0.3 MP

Video çəkiliş

1080p @30FPS

1080p @30FPS

Akkumulyatorun növü:

2100 mAh

1420 mAh

Ölçülər

136,6 x 70,6 x 8,6 mm

115,2 x 58,6 x 9,3 mm

Çəkisi

133 qram

140 qram

Əlavə qeyd

Gorilla Glass 2, S Voice, Pentile

Siri, cızılmaz ekran

Fiziki təchizat baxımından Galaxy S3-ün iPhone 4S –dən çox üstün olduğu göz qabağındadır.