Samsung Galaxy S IV – yeni flaqman haqqında həqiqətlər

SamMobile portalı yeni flaqman smartfon Galaxy S IV-ün “rəsmi amma hələ Samsung tərəfindən təsdiqlənməmiş” texniki göstəriciləri haqqında məlumat yayıb. Verilən məlumatlara inansaq Samsung şirkəti Galaxy S IV yığımında öz istehsalı olan Samsung EXYNOS prosessorundan imtina etmək fikrindədir, çünki bu prosessorlarda qızma problem ortaya çıxır.

SamMobile iddia edir ki, Samsung, Galaxy S IV cihazlarında 1,9 GHrz tezlikdə işləyən Snapdragon 600 prosessorundan istifadə edəcək. Bu da yaxınlarda təqdim edilmiş HTC One smartfonundan 0,2 Ghrz daha sürətlidir. Samsung flaqmanı 2Gb operativ yaddaşa sahib olacaq, 16, 32 və 64 Gb daimi yaddaşa sahib seçimləri təqdim ediləcək.

İndiyənə kimi gəzən şayələrdə ehtimal olunurdu ki, Samsung S IV-də Full HD displeydən istifadə edəcək. İndi isə SamMobile istifadəçilərə maraqlı olacaq daha bir xəbər verir ki, yeni Galaxy S IV Amoled ekran deyil, 4,99 düymlu Full HD SoLux displey istifadə edəcək. Onun LCD3 texnologiya bazasında olub olmayacağı haqqında (HTC One ekranı kimi) hələ ki məlumat verilmir.

Portal həmçinin cihazın ölçüləri haqqda məlumat verib. Yenə də anonim mənbəyə dayanaraq, SamMobile bildirir ki, smartfon bu ölçülərə sahib olacaq – 140,1 mm x 77,8 mm x 7,7 mm. Cihazın çəkisi 138 qram olacaq. Bunlardan əlavə Galaxy S IV-də Home və bir necə sensor düymələri olacaq.

Portalın anonim mənbəyi yeni cihazın şəklini də təqdim edib. Şəkil təbii ki keyfiyyətli deyil, amma açıq aydın görsənir ki, yeni cihaz Galaxy S III nəzərən kvadrat formaya sahib olacaq. Mənbə həmçinin bildirir ki, smartfon alüminium korpusda yığılacaq, amma arxa qapaq əvvəlki kimi plastik olaraq qalacaq. Sonda isə deyilir ki, flaqman cihazın batareyası çıxarıla bilən olacaq.

Alınmış məlumatları ümumiləşdirək. Samsung Galaxy S IV bu göstəricilərə sahib olacaq:

4,99-düymlu Full HD SoLux displey
1,9 GHrz tezliklik Snapdragon 600 prosessoru
2 GB operativ yaddaş
16, 32 və ya 64 Gb daimi yaddaş
13-megapixsel kamera
Ölçüləri – 140,1 mm x 71,8 mm x 7,7 mm
Çəkisi – 138 qram
“Home” düyməsi və əlavə sensor idarəetmə düymələri
Plastik qapaq və alüminium yanları
Çıxarılabilən batareya
Qara və ağ rəngli korpuslarda təqdim ediləcək.