Samsung Galaxy Note 8 rəsmi buraxılış tarixi

Samsung Galaxy Note 8 buraxılışının rəsmi tarixi bəlli oldu

Artıq bir neçə aydır davam edən media müzakirələrindən sonra nəhayət ki, Samsung Galaxy Note 8 modelinin rəsmi buraxılış tarixi elan olundu – 23 avqust. Samsung şirkəti jurnalistlərə və media nümayəndələrinə Nyu Yorkda (yerli saatla) saat 11:00-da baş tutacaq rəsmi təqdimat tədbirinə dəvət göndərib.

Yeni Galaxy Note 8 modelinin texniki parametrləri və xüsusiyyətləri barədə bir sıra proqnozlar verilməsinə baxmayaraq dəqiq və rəsmi məlumat 23 avqust tarixində veriləcək. Tizer reklamlara əsasən demək olar ki, ən böyük yeniliklərin ekran genişliyi və bir sıra yeni funksionallıqlar olacaq.

23 avqust tarixində baş tutacaq tədbir Samsung.com rəsmi saytında canlı yayımlanacaq. Bununla yanaşı NOD jurnalı olaraq, biz də yeniliklər barədə sizi məlumatlandıracağıq.