Samsung Galaxy Grand smartfonunu təqdim edib

Cənubi Koreya şirkəti Samsung yeni GALAXY Grand Android- smartfonunu təqdim edib. Cihazın əsas xüsusiyyəti 800×400 piksel genişliyə sahib 5 düymlu LCD ekrandır.

Samsung Galaxy Grand

Samsung GALAXY Grand  smartfonunun digər spesifikasiyaları bu cür təqdim edilir:
1,2 Gb operativ yaddaş, 8 megapixel arxa kamera, 2 megapixel ön kamera, 8Gb əlavə yaddaş kartı,  microSD kartı üçün yuva, simsiz texnologiyaların Wi-Fi, Bluetooth, GPS, HSPA+ dəstəyi və 2100 mAh həcmli batareya.

Android 4.1.2 Jelly Bean üzərindən standart S Voice (səsli idarəetmə), çoxpəncərəli rejim, Direct Call (avtomatik nömrə yığımı), AllShare Play (Samsung cihazları arasında kontent mübadiləsi), Smart Alert (hadisələr haqqında xəbərdarlıq), Popup Play (ekranın  istənilən hissəsində video baxışı) və Samsung Hubs (tələbə uyğun olaraq oyunlara, filmlərə giriş imkanı) funksiyaları ilə şirkətin Samsung TouchWiz istifadəçi interfeysi yerləşdirilib.

Yeni cihaz 2 variantda təqdim ediləcək: I9080 və I9082. Sonuncu 2 SIM-kart ilə işləməyi dəstəkləyir. Hələ ki, qiymət və satış nöqtələri barədə məlumat verilmir.