Samsung firmasından “OLED TV”

Samsung firması, Koreyanın paytaxtı Seul-da OLED TV-nin təqdimatını reallaşdırdı. Samsung rəhbərliyi bu yeni məhsul barəsində ümid verici sözlər söyləyərək gələcəyə inamla baxdıqlarını qeyd ediblər.

OLED TV piksel problemlərini aradan qaldıraraq izləyicilər üçün keyfiyyətli görüntü təqdim edir. OLED TV mövcud televiziyalara nisbətən daha zəngin və parlaq görüntüyə sahibdir. Bundan başqa öz-özünə işıq yayan minlərlə dioddan ibarətdir. OLED TV özünəməxsus xususiyyətləri ilə seçilir və dünyada heç bir məhsulda tapa bilməyəcəyiniz texnologiyanı özündə birləşdirir. Bu texnoloji yenilik çoxlu görüntü xüsusiyyəti vasitəsilə eyni anda 2 fərqli televiziya kanalını rahatlıqla izləmə imkanı verir.

OLED TV ekranın sürətli cavab vermə müddətini və hər bir tamaşaçı üçün fərqli səs verən qulaqlıqları özündə birləşdirir.