Samsung Apple-i məhkəməyə verəcək?

“The Korea Times”ın verdiyi məlumata görə Samsung Apple şirkətinin LTE texnologiyasına olan patent hüquqlarını pozduğu üçün iPhone 5-in satışını dayandırmaq niyyətindədir. Yeni iPhone təzəcə təqdim edilib, Samsung isə onları məhkəməyə verməyə artıq hazırdır. Koreya şirkətinin fikrincə bu yeni cihaz dördüncü nəsil LTE mobil texnologiya ilə bağlı patenti pozur.

Koreya provayderi SK Telecomun 4G LTE texnologiasını dəstəkləyən iPhone 5 satacağı xəbəri yayılınca Samsung iddia qaldırmaq fikrini bildirib. “AppleInsider”in verdiyi məlumata görə hal-hazırda LTE texnologiyasına aid 400 patent Apple şirkətinə məxsusdur. Samsungda isə iki dəfə çoxdur. Məhz bu səbəbdən analitiklər hesab edir ki, Samsungun məhkəməni udmaq şansları böyükdür. Yeri gəlmişkən, HTC bu yaxınlarda Apple şirkətinə qarşı LTE texnologiyasının tətbiqi ilə bağlı analoji iddia qaldırmış və məhkəməni udmuşdur.