Samsung amerikada zavod tikilişinə 3,9 milyard investisiya qoyur

Kimiləri satır, digərləri isə investisiya qoyur. Samsung hələ keçən il Ostində (Texas, ABŞ) yarımkeçirici sistemlərin işlənib hazırlanması üçün yeni zavod tikmək planlarını açıqlamışdı. Bu günlərdə şirkət artıq yerli hakimiyyət orqanları ilə bütün danışıqların başa çatdığını məlumat verib.

Samsung zavodun tikilişinə və sonrakı fəaliyyətinə 3,9 milyard dollar investisiya qoyacaq. Gözlənilir ki, bu investisiyalar əsas Ax kristalı üzərində olan sistemlərin istehsalının genişləndirilməsinə yönələcək. Bu sistemlər Apple şirkətinin mobil cihazlarında istifadə olunur. Apple ofisinin yaxınlığında istehsalatı təşkil etməklə Samsung indi çipləri daha ucuz qiymətlə təklif edə biləcək.

Bütün bu hadisələrin Apple şirkətinin yeni mikroprosessor təchizatçısı axtarışında olduğu bir zamanda baş verməsi çox maraqlıdır. Kənardan belə görsənir ki, sanki, Samsung Amerika nəhəngi ilə partnorluq münasibətlərinin kəsilməməsi üçün bütün mümkün imkanlardan istifadə edir.