Samsung 2013-cü ildə 510 milyon telefon satmağı hədəfləyir

Belə görünür ki, Samsung şirkətinin növbəti ilə planları böyükdür. 2013-cü ildə Cənubi Koreya istehsalçısı mobil cihazlarının satışlarını kifayət qədər artırmağa hazırlaşır. Samsung’un fikrinə görə bu onlara smartfon bazarında  əsas rəqibləri olan Apple şirkətini keçməyə imkan verəcək.

Bu il Samsung’un bazara 420 milyon telefon təqdim edəcəyi gözlənilir. Gələn ilə proqnoz isə – 510 milyon cihazdır. 390 milyon smartfon, qalan 120 milyon isə funksional mobil telefonların payına düşür. Faiz nisbətində götürsək cari ilə nisbətən 20% artım olacaq.

The Korea Times agentliyinin yazdığına görə bu məlumat “Bu məlumat Samsung’un əsas satış əməkdaşlarından birinin rəhbərindən gəlib”. Ancaq mənbənin verdiyi rəqəmlər daha etibarlı mənbə olan Gartner analitik şirkətinin proqnozları ilə üst-üstə gəlmir. Onlar hesab edir ki, Samsung növbəti il 250-300 milyon smartfon səddini keçə bilməyəcək. Hərhalda, bu sadəcə ehtimallardı və analitiklər dəfələrlə öz proqnozlarında yanılıblar.

Samsung’un 2009-cu ildə 600 min smartfon səddindən 2013-cü ilə 390 milyon səviyyəsinə sıçrayışı çox böyük uğurdur.

Yola saldığımız il Samsung, 14 il bazarda liderliyi saxlayan finlandiyanın Nokia şirkətini keçərək dünyanın ən böyük telefon istehsalçısı titulunu qazandı.

Samsung Securities analitikləri şirkətin 2013-cü ildə 19,55 milyard gəlir əldə edəcəyini düşünürlər. Bu keçən ilin göstəricisindən daha çoxdur (17,68 milyard).

Digər mənbənin məlumatına görə, 2020-ci ilə kimi Samsung 2,2 milyard dollar Vyetnamda zavodlara investisiya qoyacaq, bu şirkətə loqistika və istehsal xərclərini azaltmağa imkan verəcək. Son nəticədə bu alıcıların vərdişlərində özünü müsbət tərəfdən göstərəcək.

Samsung rəsmiyyəti əmindir ki, daha münasib qiymətlər smartfon satışlarının artmasına ciddi təsir edəcək.