Samsung 300 milyon dollar dəyərində yeni kampus tikir

Samsung şirkəti Apple və Nvidia Facebook və Google ilə arxitektura yarışmasına girməyə qərar verib. Samsung’un ABŞ-ın San-Xose şəhərində yerləşəcək yeni kampus proekti NBBJ şirkəti tərəfindən hazırlanıb.
kampus-Samsung-2

Kaliforniya ştatının qubernatoru Cerri Braun qeyd edib ki, kampus 2500 yüksək maaşlı və yüksək ixtisaslı mütəxəssislərin evinə çevriləcək. Yeni kampusda hər mərtəbədə yaşıl zonaların, kafe və idman meydançalarının olacağını da qeyd etmək lazımdır.
kampus-Samsung-3

Kampusun ümumi sahəsi 100 000 kvadrat metrdən çox olacaq. Inhabitat’ın verdiyi məlumata görə, bina polad və şüşə kontruksiyalı olacaq. Tikinti işlərinin bu ilin iyul ayında başlanacağı gözlənilir. Samsung üçün bu müasir kampusun tikintisi iki il vaxt alacaq.