Samsung 30 milyon Galaxy S III satıb

Samsung şirkəti bazara satışa çıxarılandan 30 milyon Galaxy S III smartfonunun satışına nail olub. Bu haqda məlumat dünən şirkətin rəsmi bloqunda yayılıb. Xatırladaq ki, koreya şirkəti bu flaqman cihazını 2012-ci ilin may ayında təqdim etmişdi və elə həmin ayın sonu satışa buraxmışdır.

Smartfonun bir öncəki versiyası Galaxy S II 5 ay ərzində cəmisi 10 milyon səddini keçə bilmişdir.