Analitik: Samsung 100 milyon Galaxy S IV çıxaracaq

Samsung Galaxy S IV çıxışından sonra ən çox satılan smartfon ola bilər. Bu haqqda Jefferies & Company analitik şirkəti məlumat verib.

Peter Misekin sözlərinə görə cənubi koreya şirkəti Samsung bu gözlənilən Android-smartfondan 100 milyon ədəd çıxarmağı planlayır. Analitik hesab edir ki, Galaxy S IV istehsalı üçün resurs ehtiyacı o qədər böyük olacaq ki, Samsung məcburi bunun bir hissəsini Apple’dən qarşılayacaq.

«100 milyon S4 buraxmaq planları çox satıcı şirkətləri resurslarını Apple istiqamətində deyil məhz Samsung yönündə dəyişməyə vadar edəcək»,

— Misek investorlara olan qeydində yazır.

Daha öncəki qeydlərində analitik yazırdı ki, təchizatçılar iPhone 6-nın genişləndirilmiş ekranı istahsalında çətinliklərlə artıq üzləşiblər. Bu səbəbdən smartfonun buraxılış vaxtı 2014-cü ilə çəkilib.

Şayələrə görə Apple bu il iki yeni smartfon buraxmağı planlayır: yenilənmiş “iPhone 5S” və bir qədər ucuz versiya olan yeni dizaynda iPhone.

Misek proqnoz edir ki, Samsung təxminən 60 milyon Galaxy S III satacaq. Yanvar ayının ortalarında cənubi koreya şirkəti artıq bu modeldən 40 milyon ədəd satdığını xəbər verib.