Samsung: 100 milyondan çox Galaxy S smartfonu satılıb

Samsung şirkəti rəsmi olaraq açıqlayıb ki, onlar 100 milyondan çox Galaxy S smartfonu sata biliblər. Bu göstəriciyə çatmaq üçün cənubi koreya nəhənginə 2,5 il lazım olub.

Xüsusi olaraq Galaxy S III  qeyd etmək lazımdır, onun çox böyük rolu olmuşdur. 2012-ci ilin noyabr ayının başlanğıcına qədər 30 milyon  Samsung Galaxy S III smartfonu satılıb. Galaxy S II modelini də unutmaq olmaz. Galaxy S smartfon xəttinin mövcudluğu dövründən 40 milyondan çox Galaxy S II modeli satılıb. Xatırladaq ki, 2012 ci ilin noyabr ayının sonuna, cəmisi 2 ay müddət idi ki çıxmasına baxmayaraq, Samsung Galaxy Note II 5 milyon ədəd satılmışdır. Həmçinin məlumat verilir ki, istifadəçilər Galaxy S III mini modeni də çox xoş qarşılayıblar. Sammy Hub resursu xəbər verir ki, Samsung hər gün 190 min Galaxy S III satır, bu isə təxmini hər dəqiqəyə 500 Galaxy S III satılır anlamına gəlir.