#safqanamerikan Instagram müsabiqəsi başladı!

“Morpho” şirkəti və “Chrysler Group”un Azərbaycandakı rəsmi distribüteri “Auto Azərbaycan” şirkəti “Saf Qan Amerikan” adlı Instagram foto müsabiqəsi elan edir. Müsabiqə 26.06.2013-15.07.2013 tarixləri arasında davam edəcək. Müsabiqədə iştirak etmək istəyən Instagram istifadəçiləri Chrysler, DodgeJeep markalı avtomobillərin, bu markaları təmsil edən hər hansı bir nişan yaxud simvolun şəklini çəkərək #safqanamerikan açar sözü ilə Instagrama yükləməlidirlər. 20 gün ərzində yüklənən və ən çox “LIKE” toplamış 20 şəkil arasından münsiflər heyəti ilk 3 yeri qalib seçərək aşağıdaki hədiyyələri təqdim edəcək:

1-ci yer: Canon 600D + 18-55mm linza
2-ci yer: Samsung Galaxy Camera
3-cü yer: Samsung WB250F

Müsabiqədən və qaliblərin seçilmə mərhələsi tamamlandıqdan sonra, üç gün müddətində qaliblər seçiləcək. 20 iyul tarixində Chrysler salonunda “Saf Qan Amerikan” sərgisi keçiriləcək. Sərgidə seçilmiş maraqlı şəkillər nümayiş olunacaq. Qalib olub-olmamasından asılı olmayaraq maraqlı şəkillərin bir çoxunu sərgidə görə biləcəksiniz. İlk 3 yerin sahibləri həmin sərgidə mükafatlandırılacaq.

Qaydalar:

–       Şəkillərdə yalnız #safqanamerikan#aztagram açar sözlərindən istifadə olunmalıdır
–       Şəkillərdə yalnız Chrysler, Dodge, Jeep markaları, modelləri və əlaqədar obyektlər nümayiş edilməlidir
–       Süni şəkildə “LIKE” artıran xidmətlərdən, botlardan istifadə edən iştirakçılar müsabiqədən kənarlaşdırılacaq
–       Yalnız yerli istifadəçilərin şəkilləri və “LIKE”ları nəzərə alınacaq
–       Şəkillər yalnız istifadəçilərin özləri tərəfindən çəkilməlidir. İnternetdən əldə olunmuş şəkillər qəbul olunmayacaq

“Saf Qan Amerikan” Instagram müsabiqəsini Aztagram layihəsi tərəfindən dəstəklənir. Eyni zamanda lazım olan məlumatları müsabiqənin informasiya dəstəkçisi olan NOD texnologiya jurnalından əldə edə bilərsiniz.