RİTN-in saytında mətnin səsləndirilməsi funksiyası tətbiq edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet saytında www.mincom.gov.az mətnlərin səsləndirilməsi funksiyası istifadəyə verilib.

 

Nazirliyin Dilmanc layihəsi çərçivəsində yaradılan sistem saytda Azərbaycan dilində yerləşdirilən məlumatların səsli versiyasını dinləməyə imkan verir. Mətnlərin səsləndirilməsi saytın səhifələrində yer alan “Səsləndir” düyməsi vasitəsilə həyata keçirilir. Mətnləri həmçinin mp3 faylı kimi yükləmək də mümkündür.

 

Yeni funksiyanın tətbiqi xüsusilə gözdən əlillər üçün əvəzsiz olacaq və onların rabitə və informasiya texnologiyaları sahəsində məlumatlandırılmasında xüsusi rol oynayacaq.

mənbə: http://mincom.gov.az/