Regionlarda İKT təlimləri təşkil olunur

İyulun 2-dən etibarən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda informasiya-kommunikasiya texnologiyaları (İKT) təlimləri keçiriləcək.

 

Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə İKT yeniliklərini və qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə onların maarifləndirilməsinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.

 

Layihənin Lənkəranda (2-4 iyul), Gəncədə (8-10 iyul) və Zaqatalada (12-14 iyul) keçirilməsi nəzərdə tutulub.

mənbə : http://www.mincom.gov.az