BlackBerry Q10 – QWERTY klavyaturalı ən yaxşı smartfon

BlackBerry şirkəti BlackBerry 10 əməliyyat sistemi və flaqman Z10 modelinin təqdimatı ilə eyni anda ən rahat fiziki QWERTY klavyaturası ilə fərqlənən Q10 modelini də təqdim edib.

Hal hazırda BlackBerry Q10 cihazı haqqında o qədər də çox məlumat yoxdur. Yeni cihaz 3,1-düymlu 720 x 720 px. genişliyə sahib AMOLED ekranla və ikinüvəli prosessorla təchiz edilib.  BlackBerry Q10 korpusu şüşə xassəli materialdan hazırlanıb.  Təəssüflər yalnız bu qədər məlumat var. Prezentasiya zamanı BlackBerry şirkəti əsas diqqəti əməliyyat sisteminin bəzi əsas xüsusiyyətlərinə yönəldib. Bunlar BlackBerry Messenger tətbiqetməsinin videoçat və audio zəngləri dəstəkləməsi, BBM-də Screen Share funksiyası, xəbərdarlıq mərkəzi BlackBerry Hub,  BlackBerry 10 əməliyyat sisteminin intuitivliyi, 70 mindən çox tətbiqetmə və həmçinin digər əlavə xüsusiyyətlədir. Təəssüf amma BlackBerry Q10 smartfonu yalnız aprel ayında satışa çıxarılacaq. Bizə qalan gözləməkdir.