Qızıl örtməli “Donald Trump” iPhone-ları satışa çıxarıldı

Artıq istəyən hər kəs yalnız 3000 dollara qızıl örtməli Donald Trump iPhone-una sahib ola biləcək. Qızıl örtməli Vladimir Putin iPhone-larını hazırlayan firma, xalq səsverməsi nəticəsində Amerika Birləşmiş Ştatlarının yeni başçısı seçilən Donald Tramp haqqında da unutmadı. Qızıl örtüklü iPhone modelinin qapaq qismində Donald Trampın fotoşəkli və “Make America Great Again” şüarı var.

Ağıllı telefon çıxaran Caviar adlı firma, Donald Trump iPhone-larını internet üzərindən 3082 dollar qiymətə satışa təqdim etdi. Donald Trampın da bu iPhone modelindən istifadə etməsini istədiklərini ifadə edən firma, bu smartfonlar sayəsində vətənpərvərliyi təsirli bir şəkildə göstərdiyini müdafiə edir.