Qatlanabilən Scooterlər gələn ildən satışa çıxarılacaq

Texnologiya şirkətləri gələcəkdə nəqliyyat problemini aradan qaldırmaq  üçün yeni metodlar sınamaqda davam edirlər. Macarıstanın Antro Group şirkətinin təkmilləşdirdiyi Moveo adlı scooter asan daşına bilən nəqliyyat vasitələri sahəsində yeni bir səhifə açacaq.

Gələcəkdə işinizə getdiyiniz zaman Moveo -dan düşüb onu qatlayaraq bir neçə dəqiqə içində çamadan halına sala biləcəksiniz. Ortadan ikiyə qatlanabilən Moveo adlı scooter, sizi hər yerə götürəbiləcəyi kimi sizdə ona hər yerə götürə biləcəksiniz. Qatlanabilən Moveo təkərlərindəki motorlar vasitəsiylə işləyir və maksimal sürəti saatda 45 km/s-dır. Dəri oturacaqlara sahib olan Moveo sizə rahat bir sürüş vəd edir.

Antro Group-un Baş İcraçı Direktoru Tamas Slezak,  gələcək üçün ideal bir məhsul olduğuna inandıqları Moveo -nun gələn ildən  satışa çıxarılacağını dedi. Slezak, “Moveo çox yüngül və daşımaçılığa çox  xeyir verəcək bir  nəqliyyat vasitəsidir” ifadəsini işlədib.

İlkin qiymətii 2000 dollar olacaq Moveo gələn ildən internet üzərindən satışa çıxarılacaq. Slezak “İstehsala hazır olduqlarını və daha sürətli istehsal prosesinə keçə bilmələri üçün investisiya gözlədiklərini” söylədi.