Sony: PS3 dəstəyi 2014-cü ildə davam edəcək

Sony Computer Entertainment şirkətinin avropa alt şöbəsinin rəhbəri Cim Rayan bildirib ki, PlayStation 4 çıxmasına baxmayaraq PlayStation 3 konsolu 2014-cü ildə vacib məhsul olaraq qalacaq. Worldwide Studios şirkətinin vitse-prezidenti Maykl Denni də bu fikirdədir.

Cin Rayan PlayStation Blog rəsmi saytına verdiyi intervyuda deyir:

«Tarix özü artıq hər şeyi izah edir. Biz hələ də bəzi regionlarda, misal üçün uzaq şərqdə, PlayStation 2 satırıq. Halbuki, PS3 çıxarkən onun artıq 7 yaşı var idi!»

Təbii ki, PS3-ü də bu qədər dəstəkləmək düşünülmür, amma Rayan hesab edir ki, Sony hər iki platformanın dəstəyi üçün kifayət qədər resursa sahibdir. Nümunə kimi o, God of War: Ascension и The Last of Us oyunlarını göstərib. Bu oyunlar PS 4-də çıxdığı kimi, PS 3 üçün də buraxılacaq.