Proyektorlu Noutbuklar

Proyektor cihazını noutbuklarınızla bərabər yanınızda götürmək çox çətindir. Məlumdur ki, proyektor cihazları çox ağır olur.Lakin Yapon texnologiyasının nəhəngi Fujitsu bunun fərqinə vararaq yeni bir proyektorlu noutbuklar istehsal etməyə başladı.

Fujitsunun Lifebook S761/C və P711/C adlandırdığı bu noutbuklar sayəsində  iş yerinizdə lazım olan təqdimatları asanlıqla edə bilər, həmçinin ev şəraitində istədiyiniz filmlərə baxa bilərsiniz.

Proyektor noutbuklarin optik oxuyucu hissəsinə elə yerləşdirilib ki, istədiyiniz zaman proyektoru çıxarıb yerinə CD/DVD oxuyucusunu qoya bilərsiniz. Görünür ki, bu məhsul tez-tez səyahətdə olan iş adamlarının işlərini asanlaşdıracaqdır .