Portmanınızda gəzdirə biləcəyiniz enerji cihazı

Ağıllı telefonlar artdıqca, telefonun enerji saxlama qabiliyyəti də  azalır. Yəqin ki, çoxumuz bu problemdən əziyyət çəkirik. Yəqin ki, kart formasında olan və portmanınızda asanlıqla gəzdirə biləcəyiniz enerji cihazı hamımızın xoşuna gələr.

The Charge Card adı verilən bu məhsul sayəsində artıq istədiyiniz an telefonunuza enerji yığa bilərsiniz. Demək olar ki, portmanınızda heç yer də tutmayan bu cihaz telefonunuzu heç vaxt enerjisiz qoymayacaq.

The Charge Card bütün Android cihazlarda istifadə edə biləcəyiniz  microUSB versiyası, iPhone 4 versiyası və iPhone 5 versiyası da daxil olmaqla 3 kateqoriyada 25 $ dollara xidmət göstərir. Bu cihaz həm telefonunuza enerji yığır, həm məlumat ötürücüsü kimi də istifadə edilə bilər.