“Pokemon”un filmi çəkilir?

1990-cı illərdə uşaqlıq illərini keçirənlər “Pokemon” çizgi filmini çox yaxşı xatırlayır. Bütün dünyada böyük maraqla izlənilən “Pokemon”un son günlər təqdim etdiyi “Pokemon GO” mobil oyunu ilə gündəmə gəlib.

Bir həftə ərzində internet dünyasında ən çox danışılanlardan biri olan “Pokemon GO”nun uğuru Pokemon filminin çəkilməsinə də gətirib çıxara bilər.

Deadline agentliyi məlumat verir ki, ABŞ film şirkəti Legendary Pictures “Pokemon” filmlərinin səhmlərini satın almaq üçün müraciətlər edib. Şirkət tərəfindən isə hələki heç bir rəsmi açıqlama verilməyib.

Məlumat üçün qeyd edək ki, “Pokemon”un ilk filmi 1998-ci ildə “Mewtwo Strikes Back” adıyla çəkilib və bununla ardıcıl 17 “Pokemon” filmi izləyicilərin qarşısına çıxmışdı.

Bu filmlerdən sonuncusu isə 2014-cü ildə “Diancie and the Cocoon of Destruction” adıyla təqdim edilmişdi.