Pokemon tutmaq yaponiyalı oyunçunun həbsi ilə nəticələndi

Yaponiyanın Tokusima şəhər məhkəməsi sükan arxasında Pokemon tutarkən yoldan keçən 2 qadını vuran sürücüyə hökm oxuyub. O 1 il 2 ay azadlıqdan məhrum edilib.

Hadisə bu ilin avqust ayında baş verib. Mikroavtobus sürücüsü hərəkət zamanı Pokemon Go oynayarkən yoldan keçən 2 qadını vurub. Bir müddət sonra qadınlardan biri aldıqları travmalardan dünyasını dəyişib və beləliklə bu ölkə tarixində ilk oyun oynayarkən edilmiş qəza kimi yadda qalıb.

Bundan başqa keçən həftə də Yaponiyanın başqa bir şəhərində – İtinomiyada sürücü hərəkət zamanı pokemon tutduğuna görə yoldan keçən 9 yaşlı məktəblini vurmuşdu. Məktəbli yerindəcə keçinmişdi.

Pokemon Go oyununun ixtiraçıları isə bu oyunu yolda gedərkən oynamamağa çağırır.