Pocket – Sonra Oxu

Pocket telefonunuzda olması gərəkən tətbiqetmələrdən biridir. Yəqin ki, hər yerdə intrnetə çıxışınız olmur və internete çıxışınız olan yerdə isə hər zaman boş vaxtınız olmur. Bu tətbiqetmə vasitəsilə daha sonra oxumaq istədiyiniz məlumatları yadda saxlayaraq oflayn rejimdə oxuya bilərsiniz. Proqram daha öncə Read it  It Later (sonra oxu) adlanırdı və ödənişli idi. Hal-hazırda isə pulsuz olaraq iOS, Android və Blackberry əməliyyat sistemləri üçün mövcuddur.

Pocket vasitəsi ilə yalnız məqalələr deyil şəkil və videoları da daha sonra incələmək üçün yaddaşda saxlaya bilərsiniz. Pocketi Instapaper və Readability kimi rəqiblərindən fərqləndirən cəhəti gözəl dizaynı, rahat interfeysi və pulsuz olmasıdır.

Rəsmi səhifəsindən daha ətraflı məlumat ala bilərsiniz.