PlayStation 4 Slim-in fotosundan sonra qiyməti də ortaya çıxdı!

Ötən günlərdə Sony-nin yeni oyun konsolu PlayStation 4 Slim-in fotosunun ortaya çıxdığını və fotosunu nəzərinizə çatdırmışdıq.

PS4 Slim haqqında yeni məlumatlar gəlməyə davam edir. Bu dəfə oyunsevərləri maraqlandıran daha bir məqam – konsolun qiyməti ortaya çıxıb.

İngilis satış portalı WeBuy-da PS4 Slim-in qiyməti bizim məzənnə ilə 825 manat olaraq qeydə alınıb.