“PlayBook” planşetlərinin istehsalı dayandırılır

“BlackBerry” şirkətinin vitse-prezidenti Alek Sandersin verdiyi məlumata görə 7 düymülk “PlayBook” planşet kompüterinin proqram platformasının “BlackBerry 10” əməliyyat sisteminədək yenilənməyəciyini bildirib. Məlumata görə, təhlükəsizlik sistemi üçün yenilənmələrin müəyyən müddət ərzində buraxılacağı nəzərdə tutulur.

Bütün bu məlumatlardan belə nətizəyə gəlmək olar ki, Kanada şirkəti planşetin istehsalını dayandırmağa hazırlaşır. Şirkət əsas diqqəti “BlackBerry 10” əməliyyat sistemli yeni nəsil ağıllı telefon modellərinin hazırlanmasına və irəliləməsinə yönəltməyi nəzərdə tutur.

Qeyd edək ki,  artıq 2 ildən çoxdur ki, “PlayBook” planşetləri bazarda yer alıb və bu müddət ərzində modelin elektron tərkib hissəsi köhnəlib. Qurğunun satış həcmi daima azalır. Belə ki, ötən maliyyə ilində “BlackBerry” bazara təxminən 100 min belə qurğu çıxarıb, halbuki bir il əvvəl bu göstərici 260 min ədədə bərabər olub.