Pinterest Qeydiyatı Açıq Elan Etdi!

Öncədən lövhələrində şəkilləri “pin”ləmək üçün istifadəçilər dəvətnamə ilə qeydiyatdan keçmək məcburiyətində idilər. Artıq bunu problem saymırıq, çünki saytda qeydiyat hər kəsə açıq elan edildi. Pinterest hələ 2010-cu ildə fəaliyətə başlayan sosial şəbəkə olmasına baxmayaraq, 9 ay ərzində 10 milyon istifadəçi cəlb edərək tarixin ən sürətli böyüyən saytı adını aldı.

Müxtəlif pul qazanma metodlarına baş vurmasına baxmayaraq, şirkət hələ də müəyyən bir plana sadiq qalmır.

Müəllif hüquqları məsələsi

Dəvətnamə ilə qeydiyat mexanizmi Pinterestin marketinq strategiyasıdır və bu bazarda yeganə deyil. Google+ bu mexanizmi çox uğurlu tətbiq etmişdi.

Ən son göstəricilərə görə moda və mətbəx mövzuları Pinterestin ən qaynar mövzularına çevrilib və qadınlar kişiləri istifadəçi sayına görə geridə qoyub. Analitiklərin dediyinə görə keçən il iyunda cəmi 1.2 milyon unikal ziyarətçi olmağına baxmayaraq, bir il sonra eyni ayda bu rəqəm 31.2 milyona çevrilib.

Fevral ayında şirkət müəllif hüquqlarının pozulması problemi ilə qarşılaşdı. Bunun qarşısını almaq üçün Pinterest saytlara və şirkətlərə xidmətdən ayrılmaq imkanı təklif edir. Belə ki, istənilən şirkət qısa bir koddan istifadə edərək Pinterestin paylaşım siyahısından imtina edə bilər. Əgər istifadəçilər “nopin”ə müraciət etmiş saytdan hər hansı material paylaşmağa təşəbbüs göstərərsə Pinterest bunun mümkün olmadığına dair xəbərdarlıq mesajı göstərir.