PES 2017 haqqında yeni məlumatlar

Oyunsevərlərin həmişə böyük maraqla gözlədiyi iki oyun şübhəsiz FIFA 17 və PES 2017 olur. FIFA 17 ilə bağlı bir çox məqama aydınlıq gəlsədə eyni sözləri PES 17 haqqında demək olmur.

Yeni PES 2017-də Real Touch texnologiyasından istifadə olunub ki, bu texnologiyanın köməyilə təkbətək mübarizələrdə reallığı ən üst yuxarı səviyyəyə çatdırır.

Məlumata görə, PES 2017 beta versiyası 24 avqustda PlayStation 3, PlayStation 4 və Xbox One üçün təqdim olunacaq. PES 2017-nin beta versiyasında “Atletico Madrid”, Almaniya, “Arsenal”, “Barcelona”, “Boca Juniors”, “Corinthians”, “Flamengo”, Fransa millisi və “River Plate” komandaları yer alacaq.

15 sentyabrda isə oyunun tam versiyasını əldə etmək mümkün olacaq.

Bu da 11 dəqiqəlik beta PES 17: