PES 14-də yeni bir sistem olacaq

Konami yeni oyunu PES 2014-də geniş miqyasda yeniliklərin olacağını və məşhur oyunda yeni dövrün başlayacağını açıqladı.

Mərkəzi Tokiada yerləşən və son 4 il boyunca futbola yeni bir yanaşma üzərində çalışan PES Productions  heyəti yeni sistemdə Kojima Productions-ın məşhur Fox Engine motorundan istifadə edildiyini bildirdi.

Heyət Fox Engine-ı daha da təkmilləşdirərək futbol oyunu üçün lazım olan xüsusiyyətləri özündə cəmləşdirən bir motor halına gətirdi.

PES 14-də “Heart”  yəni ürək adı verilən yeni bir sistem olacaq. Bu sistem sayəsində  futbolçuların meydanda keçirdikləri hissləri, duyğuları görmək mümkün olacaq. Bu hisslərə görə futbolçuların oyun ərzində davranışları da dəyişəcək. Hətta stadionlardaki minlərlə insanın da rolu olacaq.