Oyun lideri EA-dan gözlənilməz qərar

Faceookda sevilən oyunlardan üçü iyun ayından etibarən bağlanacaq.

EA son bir neçə aydır ki, özünün çətin dovrlərini yaşayır. Ilk öncə firmanın CEO-su John Riccitiello mart ayında gəlirlərdəki azalmalarda özünün günahkar olduğunu bildirərək işdən çıxması böyük təsir yaratmışdı. Ötən həftə isə, EA bəzi ofislərini bağlayacağı və bəzi işçiləri ixtisar edəcəyi ilə bağlı məlumat verdi. Bununla belə şirkət ikinci dəfə ən pis oyun şirkəti adını aldı.

Bütün bunlardan əlavə SimCity ilə bağlı problemlər də EA-nın işini çətinləşdirdi. Ən uğurlu Facebook oyunlarından The Sims Social, SimCity Social və Pet Society artıq bağlanmaq üzrədir. Məlumatlara görə iyunun 14-də bu oyunlar Facebooka əlvida deyəcəklər.

EA-nın bildirdiyinə görə, daha yeni və iddialı oyunlar üçün hazırda mövcud olan sistemləri daha güclü bir hala gətirmək lazımdır.