Ölkədə elektron ticarətin həcmi artıb

Cari ilin birinci yarısında informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 707.1 milyon manat dəyərində və ya ötən ildə olduğundan 7.5 faiz çox rabitə xidməti göstərib. Dövlət Statistika Komitəsinin hesablamalrına görə, xidmətlərin 72.2 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 76.1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

 

Qeyd olunan dövr ərzində elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1038.2 min manatlıq qeyri-ərzaq malları və 73.4 min manatlıq ərzaq məhsulları satılıb və müvafiq olaraq bu göstərici 68.5 faiz və 2.1 dəfə artıb.

 

mənbə: http://www.mincom.gov.az