Office 2013 – korporativ müştərilər üçün reliz

Microsoft biznes istifadəçiləri üçün Office 2013 paketinin relizi haqqında məlumat yayıb. Adi istifadəçilər üçün “Office” relizi 2013-cü ilin birinci rübünə planlaşdırılıb. Korporativ müştərilər yeni Office 2013-ü Microsoft Volume Licensing servisi vasitəsilə əldə edə bilərlər. Əlavə olaraq bu komplektə Exchange Server 2013, Lync Server 2013, SharePoint Server 2013, Project 2013 və Visio 2013 proqramları daxildir.

“Yeni Office, istifadəçilərə texnika və digər servislərlə daha yaxşı və rahat işləmək üçün rahat alətlər yığımını təqdim edir. Sensor idarəetmə, stilusla işləmək, siçan və klavyaturla işləmək üçün mükəmməl uyğunlaşdırılmış Office 2013 istifadəçilərdə yeni təəssüratlar yaradacaq.”- Office komandasının üzvü Sandjey Mançando deyib.

Office 2013-ün RTM versiyası rəsmi olaraq bu ilin oktyabr ayında buraxılıb. Microsoft-dan yeni planşet Surface RT və ya Windows RT bazasında olan istənilən məhsul alanları xoş surpriz gözləyirdi. Microsoft özünün ilk planşetini aktiv dəstəkləyir, ona görə Surface RT ilə birlikdə pulsuz Office RT təqdim edilir.

Yeni Office 365 Enterprice yoxlamaq istəyənlər onun pulsuz ilkin baxış versiyasını yükləyə bilərlər. Burada tətbiqetmənin əsas funksiyaları ilə tanış olmaq mümkündür. Trial versiya yalnız Windows 7 və Windows 8-də dəstəklənir, həmçinin bu səhifədən qeydiyyat tələb olunur.