Atəş, buz, yerə düşmə bu fotoaparatın qarşısında acizdir

Panasonic şirkətinin hazırladığı yeni kompakt LUMIX FT5 fotoaparatı şirkətin bu vaxta qədər istehsal etdiyi xarici təsirlərə qarşı ən dözümlü kompakt fotoaparatıdır. İnanılmaz fərdi xüsusiyyətlərə malik olan bu fotoaparat bir çox yenilikçi xüsusiyyətlırinə görə çoxlarını geridə qoyacaqdır. Belə ki, bu fotoaparat 13 metr dərinlikdə suda qalmağa, 2 metr yüksəklikdən düşməyə, -10 dərəcə soyuğa və 100 kq ağırlığa dözümlüdür.

LUMIX FT5 macəra axtanlar və hər zaman hər yerdə yaşadıqları inanılmaz anları yaddaşlara həkk etmək istəyənlər üçün hazırlanmış bir cihazdır. Keyfiyyətli görüntü, üstün xüsusiyyətləri, düzgün, dayanıqlı və olduqca əyləncəli dizaynı ilə FT5 ən həyəcanlı anları tutmaq üçün əvəzolunmaz bir yol yoldaşıdır. Üstəlik bu anları suyun altında, dağın başında və ya çöldə olması heç bir əhəmiyyət kəsb etmir, əsas odur ki, sizin LUMIX FT5-iniz var.

LUMIX FT5 Full HD ilə AVCHD formatında 1920×1080 video qeydetmə və Dolby Digital Creator ilə olduqca mükəmməl səs qeydetmə funksiyasına malikdir. Fotoaparatın video çəkilişində daha bir əlavə funksiyası ondan ibarətdir ki, Power O.İ.S (optik görüntü sabitləyicisi), aktiv rejim ilə birlikdə hərəkət etdiyiniz zamanda çəkilişlərdə yaranabilən titrəmələrin qarşısını alır.

FT5 fotoaparatı LEICA DC-VARIO ELMAR lens (4,6 yaxınlaşdırma və 28 mm genişləndirmə), Full HD, 1920×1080 və 3 düymlük LCD ekran xüsusiyyətləri ilə olduqca mükəmməl bir iş bacarır. Bundan başqa 16.1 meqapikselli yüksək hissiyyatlı sensora malik bu fotoaparat təkcə güclü bir cihaz olaraq deyil, həmçinin, ağıllı cihazlara aid olduğunu sübut edir. Bir sözlə, FT5 qarşınıza çıxan istənilən anı tutub yaddaşa həkk etməyiniz üçün həmişə əmrinizə hazırdır!

LUMIX FT5 tək bir düymə ilə Wi-Fi-ya qoşula bilər və uzaqdan idarəetmə ilə dahiyanə şəkillər çəkə bilməyinizi təmin edə bilər.

Bu fotoaparatla zəif işıqda belə orijinalından o qədər də fərqlənməyən mükəmməl bir anı görüntüləyə bilərsiniz.

LUMIX FT5 fotoaparatının ƏDV daxil olmaqla təqribən 600 AZN-ə aprel ayında satışa buraxılması nəzərdə tutulur.