Nyu-Yorkun domeni olacaq

Nyu-York dünyanın öz internet domenini alacaq ilk şəhəri olacaq.

 

Məlumata görə , tezliklə işgüzar və özəl təşkilatlar, eləcə də şəhər sakinləri öz saytlarını “.nys” domen zonasında qeydiyyatdan keçirmək üçün unikal imkan əldə edəcəklər. Domen zonasında Nyu-Yorkda yerləşən və ya şəhərdən bəhs edən saytlar da işləyə biləcək.

 

Nyu-York ICANN korporasiyasına (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat – Internet Corporation for Assigned Names and Numbers) “.nyc” domen zonasının alınması üçün 2009-cu ildə rəsmi müraciət edib.